Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İngiltərədə və ABŞ-da ayrı-ayrı mənaları daşıyan 6 ingiliscə söz

İngilis dili çox zəngindir. O qədər zəngin ki, ingilisdilli ölkələrdə bir-birindən fərqlənən ifadələrdən istifadə edə bilirlər.

Məsələn, İngiltərədə və ABŞ-da ayrı-ayrı mənaları daşıyan sözlər var. Bizimyol.info bunlardan 7-ni fərqləndirib.

Pants” – İngilislər bu sözlə alt paltarını, amerikalılar şalvarı ifadə edir. İngilislər şalvarı “trousers” adlandırır. Amerikalılar isə alt paltarından danışanda “underpants” və ya “underwear” sözləri ilə keçinirlər.

Chips” – Amerikalılar sözün birbaşa mənasını nəzərdə tuturlar. Amma ingilislər “kartof fri” yeməyinə etham vururlar.

Football” – Bu ifadəni eşidəndə amerikalıların ağlına öz futbolları gəlir. Futbol onlar üçün “soccer”dir. İngilislər isə özünü əsl futbolun yaradıcısı kimi aparır.

Coke” – Ağlınıza nə gəlir? Təsəvvür edin, amerikalılar kokaini belə adlandırır. İngilislər isə “Coca-Cola” sifariş edəndə bu ifadəyə ehtiyac duyurlar. Hərçənd, ABŞ-ın bəzi cənub ştatlarında ingilislər kimi davranırlar.

Vest” – Bu söz Böyük Britaniyaya fransız dilindən gəlib. İngilislər maykanı belə adlandırmağa başlayıblar. ABŞ-da isə “vest” jiletdir.

Braces” – “Breket” sözünə daha yaxındır. Amerikalılar bu variantı seçib. İngilislər isə “braces” deyəndə aşırmanı, çiyinbağını nəzərdə tutur.

Son xəbərlər
Bütün xəbərlər »