Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş nazir koronavirusa görə karantinə alındı

Koronavirus Avropada daha böyük ərazini əhatə etməyə başlayıb.

Vəziyyət o qədər pisdir ki, hətta baş nazirin epidemiyaya yoluxmasından şübhə yaranıb.

Bizimyol.info xəbər verir ki, Slovakiyanın hökumət rəhbəri Peter Pelleqrini koronavirusa görə karantinə alınıb. Onun virusa yoluxub-yoluxmaması barədə dəqiq məlumat verilmir.

Peter Pelleqrini Peter Pelleqrini

Pelleqrini Slovakiyada müxtəlif vəzifələr tutub. Parlamentin sədri, təhsil, elm, tədqiqat və idman naziri olub. Pelleqrini 2018-ci il martın 22-dən Slovakiyanın baş naziridir.

Təkcə Çində koronavirusa 77 min 150 nəfər yoluxub. 2592 çinli həyatını itirib. İkinci yerdə 844 yoluxma halı ilə Yaponiya gəlir.

Son xəbərlər
Bütün xəbərlər »