Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Naxçıvan blokadada: Bütün sərhədlər bağlanıb

Xüsusilə bu gün ölkədə koronavirusla bağlı təşviş yaranıb. Apteklərdə tibbi maskaların qiyməti xeyli yüksəlib, hərarəti yüksək olan bəzi insanların xəstəxanaya aparılması barədə şayiələr dolaşır.

Bizimyol.info xəbər verir ki, Naxçıvan konkret blokada şəraitində qalıb. Türkiyə və İranla 3 gömrük-keçid məntəqəsi bağlanıb. Sosial şəbəkələrdə bu haqda çox yazılır. Xüsusilə Naxçıvanda yaşayanlar çox narahatdır. Emin Hüseynzadə adlı “Facebook” istifadəçisi yazır: “Naxçıvan bu gündən yenidən tam izolyasiyaya düşdü. 1992-ci ildən ilk dəfədir. Həm Türkiyə, həm də İran tərəfə olan 3 gömrük keçidi bağlanıb. Koronavirusla əlaqəlidir. Yalnız təyyarə vasitəsilə Bakı ilə əlaqə qalıb. Naxçıvanın ərzaq və digər məhsullarla normal təmin olunması təcili addımlardan olmalıdır. çünki quru ilə bütün əlaqələr bağlıdır”.

Dünən Türkiyə tərəfinin Sədərək gömrük məntəqəsini bağlaması haqda məlumat yayılmışdı. Yazılanlardan belə aydın olur ki, Culfa və Şahtaxtı məntəqələri də bağlanıb.

Son xəbərlər
Bütün xəbərlər »