Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran parlamentində kritik koronavirus müzakirələri

İran parlamentində ölkədə koronavirusun yayılması ilə əlaqədar kəskin müzakirələr aparılıb.

Deputatlar Səhiyyə nazirini məsuliyyətsizlikdə ittiham ediblər. Qum şəhərinin deputatı Əhməd Əmirabadi apteklərdə tibb maskası, spirt və dezinfeksiya üçün məhlulların qıtlığına görə naziri ittiham edib. Qeyd edib ki, bu virus Çində yayıldığı gündən İranın Səhiyyə Nazirliyi lazımi tədbirləri həyata keçirməli idi. Lakin nazirlik heç bir iş görməyib. Deputat bildirib ki, Qumda 60 nəfər koronavirusa yoluxaraq ölüb.

Səhiyyə naziri parlamentin iclasında olduğuna görə onun müavini İrec Harirçi hökumət nümayəndəsi Əli Rəbbi ilə bu gün birgə mətbuat konfransı keçirərək məsələlərə aydınlıq gətiriblər. Nazir müavini deputatın sözlərinin həqiqəti əks etdirmədiyini bildirib. O qeyd edib ki, deputatların tələbinə baxmayaraq Qum şəhəri karantinə alınmayacaq. Buna ehtiyac yoxdur. Şəhərdə yoluxanlar üçün xüsusi xəstəxana ayrılıb və yoluxma ehtimalı olanlar orada müayinə edilir.

Nazir müavini onu da qeyd edib ki, bu günə kimi İranda koronavirusa yoluxub ölənlərin sayı 12 nəfərdir. Nazirlik bütün lazım olan tədbirləri həyata keçirir.

Qeyd etmək lazımdır ki, görülən tədbirlərə baxmayaraq virusun yayılma məkanı genişlənib.

Bu gün İrandan Bəhreynə gedən iki nəfər İran vətəndaşı hava limanında test edilib və onlarda koronavirus aşkar edilib. Onlar təcili olaraq xəstəxanaya yerləşdirilib. Hər iki iranlının ünsiyyətdə olduğu adamlar axtarılır. Bundan sonra, Bəhreyn İran ilə hava əlaqəsini müvəqqəti olaraq dayandırıb.

AzərTAc xatırladır ki, koronavirusun yayılması ilə əlaqədar olaraq Tehranın apteklərində tibbi maska, spirt, dezinfeksiya üçün məhlullar kəskin şəkildə bahalaşıb. Bundan başqa, həkimlərin əhaliyə limondan daha çox istifadə etmək məsləhətindən sonra market və bazarlarda da limonun qiyməti artıb.

Onu da qeyd etmək lazımdır ki, İran ilə gərgin münasibətdə olan ölkələrin mətbuat orqanları məqsədli şəkildə İranda vəziyyətin həddən artıq pis olduğunu yazırlar.

Paylaş »
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
››› "Azərİşıq": İşığımız Şuşada yandı! - Şəhərdən son videogörüntülər
››› "SMS" icazə ləğv olunur
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
Son xəbərlər
Bütün xəbərlər »