Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrandan daha iki ölkəyə koronavirus keçdi

Koronavirusun coğrafiyası genişlənir. Virusun qeydə alındığı ölkələrin sayı 30-u keçib.

Bizimyol.info xəbər verir ki, daha iki ölkədə koronavirusa yoluxma ilə bağlı məlumat yayılıb. Həm İraqda, həm də Omanda epidemiyanın qeydə alındığını bildiriblər. Virus hər iki ölkəyə İrandan gəlib.

İraq Səhiyyə Nazirliyinin məlumatına görə, koronavirus yerli vətəndaşda yox, iranlı tələbədə aşkar olunub. Tələbə bir neçə gün əvvəl vətənindən qayıdıb. O, indi həkim nəzarətindədir.

Oman Səhiyyə Nazirliyi isə bir neçə dəqiqə məlumat yayıb. İrandan gələn iki omanlıda virus aşkarlanıb.

Son məlumata görə, dünyada koronavirusa yoluxanların sayı 79 mini keçib. Ölənlərin sayı 2600 nəfərdən çoxdur.

Son xəbərlər
Bütün xəbərlər »