Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ruslar yenə Türkiyə ordusuna zərbə endirdi

Rusiya ilə Türkiyə arasındakı gərginlik davam edir. Bir müddət əvvəl Türkiyə ordusunun bombalanması gərginliyi artırmışdı. Ruslar yenə qardaş ölkənin silahlı qüvvələrinə zərbə endirib.

Bizimyol.info xəbər verir ki, Rusiyanın hərbi təyyarələri Türkiyə ordusunun Kansafra bölgəsindəki gözləmə nöqtələrinə hücum edib. Bu haqda “Sky News Arabia” məlumat yayıb. İtkilər haqda dəqiq məlumat verilmir. Rusların ilk böyük hücumu zamanı Türkiyə ordusunun 2 əsgəri həyatını itirmişdi. Beş əsgər yaralanmışdı.

Bu gün açıqlama verən Rusiyanın xarici işlər naziri Sergey Lavrov təəccüblü bir şey olmadığını söyləyib. Onun sözlərinə görə, məqsəd terrorçulara zərbə endirməkdir və Türkiyə ilə bu istiqamətdə razılıq olmayıb. Yəni nazir məhz terrorçulara hava zərbələri vurulduğunu iddia edir.

Türkiyə ordusu vəziyyətə nəzarət etmək üçün Suriyada 12 gözləmə nöqtəsi yaradıb. Burada xeyli hərbi qüvvə toplaşıb.

Son xəbərlər
Bütün xəbərlər »