Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrov: "Terrorçulara zərbə endirilməsində gözlənilməz heç nə yoxdur"

“Suriyanın İdlib əyalətində terrorçulara zərbə endirilməsində gözlənilməz heç nə yoxdur”.

Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. Rusiya hərbi aviasiyasının İdlibi bombalaması ilə bağlı xəbərləri şərh edən rusiyalı nazir bunun gözlənilməz olmadını söyləyib: "Suriya ilə bağlı Türkiyə və Rusiya prezidentləri arasındakı sazişlər çərçivəsində heç kəs terrorçulara cavab zərbələri endirməyəcəyi barədə razılaşmayıb. Ona görə də İdlibdə terrorçuların bombalanmasında gözlənilməz heç bir şey yoxdur. Əminəm ki, İdlibdə olan türkiyəli hərbçilər də hər şeyi yaxşı anlayır və görür".

Qeyd edək ki, Türkiyə mətbuatı Rusiya tərəfinin İdlibdə yaşayış məntəqələrini bombalaması nəticəsində dinc sakinlərin həlak olması barədə məlumat yayıb.(apa)

Son xəbərlər
Bütün xəbərlər »