Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İki seçki dairəsindən iki seçki məntəqəsinin nəticələri ləğv edilib

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 71 saylı Masallı Kənd Seçki Dairəsi ilə bağlı qeydiyyata alınmış namizəd Rüfət Əliyevin müraciətinə baxılıb.

Msələ barədə MSK üzvü Qabil Orucov məlumat verib.

Q.Orucov bildirib ki, MSK-nın apardığı araşdırma zamanı 33 saylı seçki məntəqəsində seçkinin nəticələrinin seçicilərin iradəsini ifadə etmədiyi üzə çıxıb.

MSK müraciəti qismən təmin edib və 71 saylı Masallı Kənd Seçki Dairəsinin 33 saylı seçki məntəqəsində seçkinin nəticələri ləğv edilib.

Daha sonra 94 saylı Bərdə Kənd Seçki Dairəsi ilə bağlı qeydiyyata alınmış namizəd Dadaş Əhmədin müraciətinə baxılıb.

Q.Orucov məlumat verərək bildirib ki, MSK-nın apardığı araşdırma zamanı 1 saylı seçki məntəqəsində seçkinin nəticələrinin seçicilərin iradəsini əks etdirmədiyi üzə çıxıb.

MSK 94 saylı Bərdə Kənd Seçki Dairəsi üzrə 1 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar verib.(apa)

Son xəbərlər
Bütün xəbərlər »