Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Jurnalist Culian Assancın ekstradisiyası üzrə məhkəmə keçirilir

Londonda Culian Assancın ekstradisiyası üzrə məhkəmə keçirilir.

“Sky News”xəbər verir ki, Londonda “Woolwich Crown” məhkəməsində Culian Assancın ekstradisiyası üzrə məhkəmə keçirilir.

ABŞ-ı təmsil edən hüquqşünas James Lewis ekstradisiya məkhəməsinin ilk günündə Culian Assancın ABŞ-a məxsus məxfi materialları yayaraq insanların həyatlarını təhlükəyə atdığını bildirib. O, ABŞ-a İraq və Əfqanıstandakı müharibələrdə kömək edən şəxslərin məlumatlarının “Wikileaks” tərəfindən yayıldığını, bununla da həmin şəxslərin ciddi təhlükə, hətta ölüm təhlükəsi ilə qarşı-qarşıya qaldıqlarını qeyd edib.

Qeyd edək ki, Assancın məhkəməsində bu həftə qanuni dəlillər dinləniləcək. Daha sonra isə may ayında keçiriləcək üç həftəlik məhkəmə iclasında sübutlar təqdim ediləcək.

Xatırladaq ki, Culian Assanc ABŞ tərəfindən espionaj və hökumət kompüterlərindən məlumat sızdırmaq səbəblərindən 18 ittiham üzrə axtarışdadır. C.Assanc, ABŞ-a ekstradisiya edilsə, bu ittihamlara görə 175 illik həbs edilə bilər. Culian Assanc hazırda Britaniyada Belmarsh həbsxanasında saxlanılır. O, 2012-ci ildə Londondakı Ekvador səfirliyindən siyasi sığıncaq almışdı.(apa)

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
Son xəbərlər
Bütün xəbərlər »