Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət qurumlarının rəhbər şəxsləri İranla buraxılış məntəqələrində olublar

Əlaqədar dövlət qrumlarının rəhbər şəsləri koronavirusla əlaqədar İranla buraxılış məntəqələrində vəziyyətlə tanış olublar.

Bizimyol.info xəbər verir ki, bu barədə DSX-nın mətbuat mərkəzi məlumat verib.

Məlumatda bildirilir ki, Prezident İlham Əliyevin tapşırığı ilə Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Daxili İşlər, Fövqəladə Hallar, Səhiyyə Nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin rəhbər vəzifəli şəxsləri və mütəxəssislər İran İslam Respublikası ilə dövlət sərhədində yerləşən “Astara” və “Biləsuvar” buraxılış məntəqələrinə səfər ediblər.

Səfər çərçivəsində son vaxtlar İran İslam Respublikasında müşahidə olunan “koronavirus” epidemiyasına qarşı dövlət sərhədindən buraxılış məntəqələrində həyata keçirilən qabaqlayıcı tədbirlərin gücləndirilməsi, bu xəstəliyə yoluxmalarına şübhə yaranan şəxslərin vaxtında aşkarlanması və tibbi təxliyəsi üzrə hazırlığın vəziyyəti nəzərdən keçirilib.

Gücləndirilmiş iş rejimində fəaliyyət göstərən dövlət sərhədindən buraxılış məntəqələrində ölkə ərazisinə daxil olan şəxslərin bədən hərarətinin xüsusi avadanlıqlar vasitəsilə yoxlanılması, əlavə tibbi personalın və təcili tibbi yardım avtomobillərinin birbaşa postların ərazisinə cəlb olunması və 24 saat növbəli rejimdə fasıləsiz olaraq fəaliyyət göstərmələrinin monitorinqi keçirilib.

Müzakirələr zamanı bu günədək xəstəliyə yoluxma ilə bağlı şübhələrin olmaması nəzərə alınmaqla gələcəkdə ehtimal olunan riskli hallarda birgə fəaliyyətin koordinasiya edilməsi məsələləri üzrə fikir mübadiləsi aparılmış, dövlət sərhədindən keçən şəxslərin bu epidemiya barədə maarifləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...”
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› Baydenin andiçməsindən maraqlı anlar: Klintonun yatması, Senatorun əlcəkləri - Video
Son xəbərlər
Bütün xəbərlər »