Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranla sərhədlərimizin açıq olması başqa ölkələrin qapılarının bizə bağlanmasına səbəb olacaq - İddia

“Azərbaycanla İran arasında müntəzəm hava və quru nəqliyyatının davam etməsi Azərbaycanı riskli ölkələr sırasına qata bilər. Yəni digər dövlətlər Azərbaycanla hava, dəmir yol və avtomobil əlaqələrini müvəqqəti dayandıra bilər”.

Bizimyol.info xəbər verir ki, bu fikirləri hüquq müdafiəçisi Sahib Məmmədov səsləndirib. Politoloq, iqtisadçı Natiq Cəfəli isə eyni fikirdə deyil.

Sahib Məmmədov

Bizimyol.info-ya açıqlama verən iqtisadçı qeyd edib ki, hələlik bu xəstəlik İranda epidemiya şəklini almayıb. “İran paytaxtı Tehranın özündə də xəstəlik görünmədiyinə görə, əlavə panikaya ehtiyac yoxdur. Amma söz yoxdur ki, ən yüksək səviyyədə təhlükəsilzik tədbirləri görülüməli, dünyanın inkişaf etmiş ölkələrinin hava limanlarındakı təhlükəsizlik cihazrlarından bizim hava limanında da istifadə olunmalıdır.Yəqin ki, hökumət bunu ölçüb, biçir”,- deyə iqtisadçı qeyd edib.

Natiq Cəfərov Natiq Cəfərov

Sosial şəbəkələrdə insanlar virusla bağlı qızğın müzakirələr aparırlar və ümumi müzakirələrdə belə bir fikir üstünlük təşkil edir ki, Azərbaycanda virus var, lakin dövlət panikaya səbəb olmamaq üçün bunu gizlədir. Natiq Cəfərli bu iddialara da inanmadığını qeyd edib.

“Blomberg” kanalında az öncə yayımlandı, ÜST məlumat verdi ki, bütün ölkələrlə sıx işləyirlər və bu kimi məlumatın gizli qalması mümkün deyil. Hətta Bəhreyn kimi qapalı bir ölkə bu məlumatı gizlətmədi. Ona görə, Azərbaycanda bu virusun olub gizlədilməsi mümkünsüzdür, Azərbaycanın ÜST qarşısında öhdəlikləri var. Kordinasiyalı şəkildə işləyirlər və əgər xəstəlik ölkəmizdə də baş qaldırsa, Azərbaycan ÜST-lə əlaqəli şəkildə işləyəcək, onların məlumatlarından istifadə olunacaq”,- deyə Natiq Cəfərli qeyd edib.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev koronavirusla bağlı Biləsuvar sərhəd-keçid məntəqəsinə baş çəkib.

E.Quliyev deyib ki, hazırda təhlükəsizlik tədbirləri davam etdirilir: "Panikaya ehtiyac yoxdur. Hazırda təhlükəsizlik tədbirləri davam etdirilir. Hər şey nəzarət altındadır".

İlhamə Rəsulova

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...”
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› Vilayət Eyvazov polis rəisini işdən azad etdi
Son xəbərlər
Bütün xəbərlər »