Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlik tibbi maskaların qiymətinin artmasına münasibət bildirib

İqtisadiyyat Nazirliyi tibbi maskaların qiymətinin artmasına münasibət bildirib.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, məlum olduğu kimi, son zamanlar dünyada tibbi maskalara tələbat artıb.

Azərbaycana tibbi maskalar xarici ölkələrdən idxal olunur. Bu ölkələrdə qiymət artımı Azərbaycanda da tibbi maskaların pərakəndə satış qiymətinə təsir edib: "Bununla belə, istehlak bazarında baş verən qiymət dəyişiklikləri ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müvafiq araşdırmalar aparılır və qiymətlərdə süni artım müəyyən edildiyi halda qanunvericiliyə uyğun tədbirlər görüləcək".(Apa.az)

Son xəbərlər
Bütün xəbərlər »