Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir ayda 23 nəfərin öldüyü deyilən xəstəxana ilə bağlı rəsmi açıqlama

Son günlər sosial mediada Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda vəfat etmiş şəxslərin sayının artdığı bildirilir. Hətta son 1 ayda 23 nəfərin vəfat etdiyi iddia edilir.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Bizimyol.info-ya bildirilib ki, sosial mediada yayılan ölüm hallarının statistikası həqiqəti əks etdirmir.

“Ölüm halları ilə bağlı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutun açıqlaması ictimaiyyətin diqqətinə çatdırılıb. Həmin institutdan aldığımız məlumatları məbuata göndərmişik və mediada dərc olunub. Həmin məlumatlarda pasientlərin qan-damar çatışmazlığı, tənəffüs çatışmazlığı xəstəliyindən vəfat etdiyi bildirilir. Bunların heç birinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda qeydə alınan ölüm hallarının koronavirusla əlaqəsi yoxdur. Bunu qəti şəkildə deyirəm.

Digər xəstəxanalarda olduğu kimi burada da ölüm halları qeydə alınıb. Vəfat edən şəxslər vəziyyəti ağır xəstələr olublar. Ölüm halları ilə bağlı məlumatlarımızda xəstənin daxil olduğu vaxt, diaqnoz və öldüyü tarix göstərilib”,-deyə TƏBİB-dən bildirilib.

Qeyd edək ki, TƏBİB-in verdiyi son məlumata görə, fevralın 18-də Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 42 yaşlı xəstə vəfat edib. Məlumata görə, 1978-ci il təvəllüdlü xəstə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna fevralın 18-də daxil olub. O, Ağciyər İnstitutuna müraciət edən zaman vəziyyəti kritik olub. Həkimlər müayinə zamanı xəstəyə ikitərəfli ağır gedişli pnevmoniya, kəskin ağciyər-ürək çatışmazlığı və ikinci tip şəkərli diabet diaqnozu qoyub. Xəstə dərhal birinci Reanimasiya şöbəsinə yerləşdirilib.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »