Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusla bağlı saxta məlumat yayan şəxsin kimliyi müəyyənləşib

Azərbaycanda “WhatsApp”da mesaj vasitəsilə koronavirusun yayılması barədə həqiqəti əks etdirməyən yalan məlumatlar yayılıb. Belə ki, koronavirusa yoluxmuş insanların Bakıda Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilməsi haqda saxta məlumatlar yayılıb. Səhiyyə Nazirliyi yayılan məlumatları təkzib edib, hüquq-mühafizə orqanları isə yalan və çaxnaşma şayiələr yayan mənbələrlə bağlı əməliyyat tədbirləri həyata keçirib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, xüsusi tədbirlər nəticəsində Bakıda koronavirusun aşkarlanması barədə yalan məlumat yayan şəxsin kimliyi müəyyənləşdirilib. Məlum olub ki, həmin şəxs həkimdir. Onu söhbət etmək üçün dəvət ediblər. O, yalan şayiələri hansı məqsədlə yayması ilə bağlı sualına cavab olaraq, zarafat etmək istədiyini açıqlayıb. Ona yanlış məlumat yaydığına görə məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilib və sərbəst buraxılıb.

hekim_paltari_0852

Azərbaycanda koronavirus barədə saxta xəbərlər yaymaqda təqsirli bilinənlərin hamısının müəyyən olunması və məsuliyyətə cəlb edilməsi üçün hüquq-mühafizə orqanları zəruri əməliyyat-istintaq tədbirlərini davam etdirir. (virtualaz.org)

Paylaş »
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
››› Faktiki hava açıqlandı
››› Həkim pandemiyanın bitəcəyi tarixi açıqladı
››› Ermənistan ordusunu silahla təmin edən iş adamı barəsində cinayət işi başlanıb
Son xəbərlər
Bütün xəbərlər »