Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirus Ermənistana da çatdı – İranla sərhəd bağlanır

Ermənistanın Qafan rayonunda bir nəfərin kornavirusa yoluxması barədə məlumat yayılıb.

Erməni mediası xəbər verir ki, adı açıqlanmayan həmin şəxs fevralın 23-də səhhətindəki problem səbəbindən xəstəxanaya müraciət edib.

İlkin tibbi müayinədən sonra onda koronavirus aşkar olunub. Xəstənin İrəvan şəhərində koronavirus üçün ayrılmış xəstəxanada karantin altına alındığı bildirilib.

Ölkənin aidiyyəti qurumları isə məlumatı təkzib edir.

Olayın mediaya sızdırılmasından sonra Ermənistan hökumətinin koronavirusun sürətlə yayıldığı qonşu İranla sərhədləri iki həftə ərzində bağlamaq qərarı verdiyi bildirilib.

Rəsmi məlumatlara görə, İranda 50-yə yaxın insanda yoluxma hadisəsi qeydə alınıb, 18 nəfər ölüb.(teleqraf.com)

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Nikol Paşinyanın ailəsi Moskvada mənzil axtarır
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
Son xəbərlər
Bütün xəbərlər »