Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranlı koronovirus qapıda - Kimə neçə zərbə dəyəcək...

Bu koronavirus nə bəladısa deyəsən elə birinci sözəzbaxmayan ölkələri tutur. Çindən sonra yaxın qonşumuz İran vəlvələyə düşdü.Bu o deməkdir ki, səhiyyəmiz bir yana iqtisadiyyatımız böyük sarsıntı keçirəcək. İranda koronavirusun varlığı Azərbaycanda turizm, səhiyyə, ticarət, investisiya və ümumilikdə büdcəyə böyük təsiri olacaq.

İqtisadçı alim Qubad İbadoğlunun dediyinə görə, bu günə qədər İrana sağalmaq üçün gedən azərbaycanlılar nəzərə almalıdırlar ki, İranda virusa yoluxmuş 43 nəfərin 8-i ölüb, Cənubi Koreyada isə bu göstərici 607-nin 5-ə nisbəti şəklində özünü göstərib. İqtisadçının sözlərinə görə, ötən il Azərbaycandan xaricə gedən hər 5 turistdən ikisi məhz İranı seçib, ötən il ölkəyə gələn turistlərin 8,1 faizi yəni 275 min nəfər (ümumilikdə 193 ölkədən 3170,4 min qonaq qəbul etmişik) iranlı olub. Orta hesabla hər ay ölkəmizə 21 mindən çox iranlı gəlir.İran Azərbaycana 3,4 mlrd investisiya yatırıb,1000-dən çox şirkəti ölkəmizin ərazisində fəaliyyət göstərir. Nəqliyyat problemi Naxçıvanı yenidən blokadaya salacaq. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə tranzit yüklər İrana və əksinə Rusiyaya daşınır.Yükdaşınmalarında fasiələri Azərbaycanın tranzitdən əldə edəcəyi qazanclarını azaldacaq.

Qubad İbadoğlu

Bəli həyəcan təbili tam qapımızın önündədir və qapımızı döyməkdədir. Bəs biz necə hazırlaşmışıq? Təhlükəli vuruslara qarşı hansı təhlükəsizlik tədbiri alınıb.

Mən uzağa getmədən öz təcrübəmi, öz başıma gələnləri qeyd etmək istəyirəm. 10 gün öncə möhkəm xəstələndim. Şəhərdə kəskin respirator virusun yayıldığını bilirdim, amma anlamadım mən də virusdur, yoxsa soyuqdəymə. Çünki həkimlərin sadaladıqları bütün əlamətlər bir birinə bənzəyir.Üz tutdum xəstəxanaya.38 saylı klinikaya girən kimi tibb bacıları üzümdəki maskanı görub üstümə qaçdılar ki sizi infeksiya şöbəsinə aparmalıyıq.Mən də sevindim ki nə yaxşı ciddi nəzarət yaradılıb.Sevincim 2dəqiqə sürdü.İnfeksiya şöbəsinə girdik ki içəridə 4-5 qadin qeybət edir. “Bizdən qorxma, xəstə deyilik” deyib söhbətə davam etdilər.O qədət halsiz idim “siz məndən qorxun,xəstə mənəm” deyə bilmədim.Həkim də heç nə soruşmadan antibiotik və dərmanlar yazıb pulunu aldı.Çıxdım gəldim evə. Nə analiz,nə qeydiyyat.Şöbə dediyimiz həmin yerə (hansı ki tam izolə edilməlidir, xəstəxananın fərqli bir bölümündə olmalıdır, bizim infeksiya şöbəsinə getməyimiz üçün sə stomotoloji, kardioloji şöbələri keçdiyim yadımdadır) kim necə istəyir girib çıxır.Başqa xəstəliklə müraciət edənlər, xəstə yaxınları. Bu da infeksion xəstəliklərə dövlət nəzarəti.Təhlükə yaranan kimi Səhiyyə Nazirliyi əmr etdi, xəstəxanalarda da oyuncaq bir şöbə yaradıldı.İş də bununla bitmiş sayıldı? Sualın cavabını əlbəttə nazirlikdən almaq istəyərdim. Amma Səhiyyə Nazirliyinin mətbuat xidməti ancaq telekanallara açıqlama verir.Dünya bar-bar bağırır. Texnologiya nəhəngləri çarəsiz vəziyyətdə qalıblar, bizimkilər hələ zoğal mürəbbəsi ilə belə banka qoymaq zarafatındadırlar.Özümüzə qalsa çətin olacaq halımız. Ümid qalıb Allaha.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »