Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Marşrut xəttinin sahibi jurnalisti hədələyir – Düzünü dediyinə görə

Jurnalist Aləmdə Nəsib 204 saylı marşrut xəttinin sahibi Sənan Səlimov və bu xəttə işləmiş, lakin yol verdiyi xətalara görə işdən azad edilmiş sürücü Alı İsrafilov tərəfindən hədələnib. Onun dediyinə görə yazmadığı bir yazıya görə tanımadığı insanlar tərəfindən özü və ailəsi təhdid olunur.

“21-fevral tarixində axşamüstü təxminən 17:20 radələrində həmişəki dayanacaqda 204 nömrəli avtobusdan düşüb evə gələrkən özünü həmin marşrut xəttinin sahibkarı kimi təqdim edən Sənan Səlimov yolumu kəsib. Məni jurnalist olub-olmadığımla bağlı sorğu-suala çəkdi. Bildirdi ki, Oxu.az saytında onun marşrut xəttində sürücülərin telefonla danışarkən və. s bu kimi hallarda videosunu çəkərək yayımlamışam. Dediyinə görə, məni uzun müddət izləyib. Görüntüləri də incələyərək qərarlaşdırıb ki, videonu çəkən mənəm. Videonun və xəbərin müəllifi mən olmadığımı bildirdim. Fevralın 22-də gecə 22:17 radələrində isə işdən azad etdiyi sürücü Alı İsrafilov qapıma gələrək məni və ailəmi narahat edib. Mənə deyir ki, Sənan Səlimova zəng et, de məni işə geri götürsün. Sənin xəbərinə görə məni işdən azad edib”,- deyə jurnalist Bizimyol.info saytına bildirib.

Aləmdə Nəsib Aləmdə Nəsib

Aləmdə Nəsib qeyd edib ki, Sənan və Alı İsrafilovun onun peşəsi, ailəsi haqqında məlumatı hardan toplamasını bilmir və izləndiyini düşünmək ( ki bunu sahibkar özü də etiraf edib) onu narahat edir.

“Vaxtaşırı ictimai nəqliyyatda, eləcə də 204 nömrəli marşrut xəttində olan problemlərlə bağlı Bakı Nəqliyyat Agentliyi ilə daim əlaqə saxlayır, jurnalistdən əlavə vətəndaş mövqeyimi ortaya qoyaraq problemlər haqda yazır, həlli istiqamətində addımlar atılmasına dəstək dururam. Bakı Nəqliyyat Agentliyi də marşrut xətlərindəki mövcud problemlərin həlli istiqamətində vətəndaşların şikayətlərinə baxdığını daim bildirir. Əvvəla sözügedən görüntüləri mən çəkməmişəm, xəbərin də müəllifi mən deyiləm. İkinci bir halda da əvvəlki yazılarıma, problemləri Bakı Nəqliyyat Agentliyinə bildirdiyimə görə heç bir sahibkar nə məni, nə də başqasını izləmək, təzyiq göstərmək haqqına sahibdir. Ortalıqda faktiki video görüntü var. Sözügedən marşrut xəttindən də Sabunçu, Ramana sakinləri illərdir narazıdır. Bu cür şikayətlər olduqda bir müddətlik nizamlı işləyirlər, daha sonra yenə camaat yollarda qalır”,- deyən Aləmdə Nəsib bəyanb edib ki,məslə ilə bağlı Daxili İşlər Nazirliyinə rəsmi ərizə ilə müraciət edib, şikayət məktubu göndərib.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxlamaq istədik.Amma cəhdlərimiz boşa çıxdı. Bizimyol.info olaraq bəyan edirik ki, həmkarımızın yanındayıq. Həqiqəti, insanların problemlərini dilə gətirdiyinə və peşəsinə uyğun hərəkət etdiyinə görə təzyiqə məruz qalan Aləmdə Nəsibi tək qoymayacağıq.

İlhamə Rəsulova

Paylaş »
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »