Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
I sinfə qəbulla bağlı müsahibələrə başlanılıb

Fevralın 24-dən etibarən digər dildə aparılan məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların birinci siniflərə qəbulu üçün müsahibələrə başlanılır.

Bizimyol.info xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron qaydada həyata keçiriləcək.

“Ümumi təhsil haqqında” qanuna əsasən, təhsil digər dildə aparılan məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların birinci siniflərə qəbulu həmin dildə şifahi nitq bacarığını qiymətləndirən müsahibələrin nəticəsi əsasında həyata keçiriləcək.

Müsahibələr fevralın 24-dən martın 3-dək yerli təhsili idarəetmə orqanları tərəfindən təşkil ediləcək. Bu barədə yerli təhsili idarəetmə orqanları tərəfindən valideynlərə müvafiq məlumat verilir.

Son xəbərlər
Bütün xəbərlər »