Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hikmət Hacıyev: “Qətnamələr icra edilənə qədər qüvvədədir”

“Qonşu Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub”.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması və BMT-nin Azərbaycandakı Nümayəndəliyi ilə birgə keçirdiyi “Məcburi köçkün qadınların ədalət çağırışı: sülh və təhlükəsizlik məsələləri gündəmində onların ehtiyaclarının qarşılanması” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, bu konfrans Xocalı soyqırımının ildönümünə təsadüf edir: “Xocalı soyqırımı insanlıq əleyhinə cinayətdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində işğal pislənir, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü təsbit edilir. Bu qətnamələrdə Azərbaycanın üzləşdiyi humanitar aspektlər də əksini tapıb. Qətnamələrdə Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxması tələb olunur. BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə bağlı qətnamələri icra edilənə qədər qüvvədədir”.

Hikmət Hacıyev qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində qadınların aktiv rolu mühüm sayılır: “Dağlıq Qarabağın Azərbaycanlı İcmasının qadın üzvləri Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına mühüm rol oynayırlar. Azərbaycan münaqişənin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquqa uyğun həllinin tərəfdarıdır”.(apa)

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...”
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› Vilayət Eyvazov polis rəisini işdən azad etdi
Son xəbərlər
Bütün xəbərlər »