Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DANX: İrana marşrut xətləri üzrə hərəkət məhdudlaşdırılmayıb

İranın Tehran və Ərdəbil şəhərlərinə gündəlik müntəzəm istiqamətlər üzrə heç bir dəyişiklik edilməyib.

Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib. DANX sözçüsü bildirib ki, marşrut xətləri üzrə hərəkətin məhdudlaşdırılması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

"Sözügedən istiqamətlər üzrə heç bir dəyişiklik edilməyib. Beynəlxalq reyslər, həmçinin Tehran və Ərdəbil şəhərləri üzrə reyslərdə xidmət göstərən avtobuslarda dezinfeksiya işlərinin təşkili gündəlik təmin edilir. Hər hansı dəyişiklik olacağı təqdirdə rəsmi qaydada sərnişinlər məlumatlandırılacaq", - deyə N. Allahyarova qeyd edib.

Son xəbərlər
Bütün xəbərlər »