Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qalatasaray” 21 ildən sonra “Fənərbaxça”ya "Şükrü Saracoğlu"da qalib gəlib

Türkiyə Super Liqasında XXIII tur davam edir.

Bu gün turun daha üç qarşılaşması keçirilib.

Bütün diqqətlər İstanbul derbisinə yönəlib. “Qalatasaray”ı qəbul edən “Fənərbaxça” ilk yarının ortalarında penaltidən hesabı açıb. Son çempion fasilə ərəfəsində tarazlığı bərpa edib. Hakimin final fitinə 10 dəqiqə qalmış Radamel Falkao penaltini dəqiq yerinə yetirməklə, “sarı-qırmızılar”ı hesabda önə çıxarıb. Qarşılaşmada son nöqtəni onun komanda yoldaşı Anri Onyekuri qoyub – 3:1.

Bu qələbə “Qalatasaray”a liderliyə şərik olmaq imkanı verib. “Cim-Bom” həm də “Fənərbaxça” ilə səfər matçlarındakı 21 illik qələbə həsrətinə son qoyub. Həmin vaxt – 1999-cu il dekabrın 22-də “Qalatasaray” 2:1 hesabı ilə qalib gəlib.

Digər iki qarşılaşmada turnir cədvəlinin ikinci yarısında qərarlaşan komandalar üz-üzə gəliblər. “Ankaragücü”nü bir qolla məğlub edən “Gənclərbirliyi” təhlükəli zonadan uzaqlaşıb.

“Antalyaspor” isə “Yeni Malatyaspor”un qonağı olub. Meydan sahibləri Antalya təmsilçisi qarşısında məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, tura fevralın 24-də yekun vurulacaq.

Türkiyə Super Liqası

XXIII tur

23 fevral

“Gənclərbirliyi” – “Ankaragücü” – 1:0

Sio, 74

“Yeni Malatyaspor” – “Antalyaspor” – 1:2

Bulut, 29 – Kulembe, 8, Podolski, 89

“Fənərbaxça” – “Qalatasaray” – 1:3

Kruze, 21 (pen.) – Donk, 40, Falkao, 80 (pen.), Onyekuri, 90+5

1.Trabzonspor22136349:2345
2.Qalatasaray23136438:1845
3.Sivasspor23136442:2645
4.Başakşəhər22127341:2243
5.Alanyaspor23116641:2239
6.Fənərbaxça23115742:2838
7.Beşiktaş23114836:3037
8.Göztəpə2297629:2434
9.Qaziantep2387834:3631
10.Gənclərbirliyi23761032:3927
11.Antalyaspor23671025:4025
12.Y.Malatyaspor22661035:3224
13.Dənizlispor22661021:3024
14.Rizəspor21731121:3224
15.Konyaspor23491019:3221
16.Ankaragücü23481120:3920
17.Kasımpaşa22441429:4916
18.Kayserispor23371324:5616
Son xəbərlər
Bütün xəbərlər »