Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə-İran sərhədində yenidən zəlzələ olub - Naxçıvnda da hiss olunub

İranın qərbində, Türkiyə ilə sərhəd bölgədə növbəti dəfə güclü zəlzələ baş verib.

Türkiyənin NTV televiziyasına istinadən xəbər verir ki, yerli vaxtla 19:00-da baş verən yeraltı təkanların gücü 5,9 bal olub. Məlumata görə, zəlzələnin episentri Qərbi Azərbaycan vilayətində yerləşib. Zəlzələ Türkiyənin Van vilayətində də hiss edilib. Hələki dağıntı və tələfat barədə məlumat yoxdur.

Qed edək ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata görə, saat 20:00-da Naxçıvan stansiyasından 110 km cənub-qərbdə Türkiyə-İran sərhədində 5,8 maqnitudada növbəti zəlzələ qeydə alınıb.

Məlumata görə, zəlzələ Naxçıvan Muxtar Respublikası ərazisində 3-4 bala qədər hiss olunub.

Xatırladaq ki, səhər saatlarında İranın qərbində, Türkiyə ilə sərhəd bölgədə baş verən 5,9 bal gücündəki zəlzələ nəticəsində İranda onlarla insan xəsarət alıb. Türkiyənin Van vilayətində isə 9 nəfər həyatını itirib. Çox sayda tikili dağılıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »