Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
MSK daha iki seçki məntəqəsinin nəticəsini ləğv edilib

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 118 saylı Ağdam Şəhər Seçki Dairəsindən namizədliyi qeydə alınmış Musa Ağayevin müraciətinə baxılıb.

Bu barədə MSK-nın katibi Arifə Muxtarova məlumat verib.

A.Muxtarova bildirib ki, müraciət edən namizəd dairə üzrə seçki məntəqələrində qanun pozuntuları olmasını əsas gətirərək, pozulmuş hüquqlarının bərpasını xahiş edib: “Araşdırma nəticəsində 25 və 33 saylı seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib. Təklif edirəm ki, həmin seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılsın”.

MSK müraciəti müzakirəyə çıxarıb və təklif səsə qoyularaq qəbul edilib, 25 və 33 saylı seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılıb.

118 saylı Ağdam Şəhər Seçki Dairəsində Bəxtiyar Əliyev 62.7 % səslə lider elan edilib.

Son xəbərlər
Bütün xəbərlər »