Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
67 saylı seçki dairəsinin 2 məntəqəsində nəticələr ləğv olunub

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 67 saylı Cəlilabad Şəhər seçki dairəsindən namizədliyi qeydə alınmış Elşən Abıyev, Elşad Təhməzov və digər 6 namizədin müraciətinə baxılıb.

Bu barədə MSK üzvü Tofiq Həsəov məlumat verib.

T.Həsənov bildirib ki, namizədlər səsvermənin seçicilərin iradəsini əks etdirmədiyini əsas gətirərək, dairə üzrə səsvermənin nəticələrinin ləğv edilməsini və pozulmuş hüquqlarının bərpa edilməsini xahiş edib:

“Araşdırma bir neçə istiqamətdə aparılıb. Araşdırma nəticəsində sosial şəbəkələrdə yayılan və namizədlərin təqdim etdiyi videogörüntülər nəzərdən keçirilərkən 10 saylı seçki məntəqəsində qanun pozuntularının olması aşkarlanıb. Məntəqə seçki komissiyaları tərəfindən araşdırmaya 3 ədəd protokol təqdim olunub. Bu potokollardan 29 saylı seçki məntəqəsində də səsvermənin seçicilərin iradəsini əks etdirmədiyi məlum olub. Ona görə də təklif edirəm ki, bu iki seçki məntəqədə səsvermənin nəticələri etibarsız sayılsın”.

MSK müraciəti müzakirəyə çıxarıb və təklif səsə qoyularaq qəbul edilib, 2 seçki məntəqəsində (10, 29 saylı seçki məntəqələri) səsvermənin nəticələri etibarsız sayılıb.(apa)

Paylaş »
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Öz təhlükəsizlik xidməti Putinə qarşı işləməyə başlayıb" - Rusiyada gərginlik
››› “ABŞ-ın Fransa ilə eyni mövqeyə gəlməsi, bizim üçün arzuolunmaz nəticələr verə bilər”
››› “Avropa səmalarında da Türkiyə İHA-larını görəcəyik”
››› Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”
››› Azərbaycan əsgəri minaya düşərək həlak olub
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
Son xəbərlər
Bütün xəbərlər »