Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Jelko Sopiç:"Bəxt yanımızda olsaydı, qol vura bilərdik"
Jelko Sopiç - Səbail

"Sonda qazanılan 1 xala görə məmnunuq. Bəzən istəmədiyin halda dəyişikliklər etməli olursan. Uşaqlar sona qədər döyüşdülər və 1 xal əldə etdik".

Bunu "Sabah" komandasının baş məşqçisi Jelko Sopiç evdə "Səbail"lə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra mətbuat konfransında deyib. Xorvatiyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Cavid İmamverdiyev, Təmkin Xəlilzadə, Coşqun Diniyev, Rəşad Eyubov millinin üzvləridir, ancaq sizdə ehtiyatda qalırlar. Bunun səbəbi nədir?

- Komandamda ən çox hazır olanlar meydana çıxır. Bu gün Təmkinin ehtiyatda olmasının səbəbini özü daha yaxşı bilir.

- Marko Deviç və Ulis Diallo niyə oynamır?

- Marko zədəlidir. Ona görə oynaya bilmir. “Qarabağ”la oyuna kimi hazır olacağına inanıram. Ulisə gəlincə, ondan daha yaxşı oyunçularımız var.

- Ramil Şeydayevin hazırkı durumu necədir?

- Çox yaxşı məşq edir. Amma biz başa düşməliyik ki, onunçün hər şey o qədər də asan deyil. O yalnız fərdi məşq edir. Mən inanıram ki, bizimlə bir müddət sonra zədəsiz şəkildə oynaya biləcək.

- Qırmızı vərəqə olmasa, nəticə lehinizə olacaqdı?

- Bunu dəqiqliklə deyə bilmərik. Bu gün bizim üçün ağır oyun oldu. 75 dəqiqə azlıqda oynamaq çətin idi. Çünki dəli kimi topun arxasınca qaçmalı olurduq. Son 20-25 dəqiqədə yaxşı oynadıq. Bəxt bir qədər yanımızda olsaydı, qol da vura bilərdik.

- Son 3 oyunda 7 xal qazanmısınız. Bunu davam etdirmək çətin olmaz?

- Növbəti tur Azərbaycanın ən yaxşı komandası “Qarabağ”a qarşı oynayacağıq. Bu tendensiyanı davam etdirməyə və xal qazanmağa çalışacağıq.

- Qırmızı vərəqə olmasaydı, Ramil Şeydayevə daha çox şans verməyi düşünmürdünüz, yoxsa bu qədər kifayətdir?

- Bəlkə də, ona yarım saat şans verə bilərdik. Onunla bağlı risk etmək, hazırlıqsız oynayıb zədə almasını istəmirik. İnanıram ki, qısa müddətdə daha hazır olacaq. O məşqlərdə çox çalışır.

- Bu gün komandanı pis vəziyyətdə qoyan Yevgeni Koçuku cəzalandıracaqsınız?

- Onunla bağlı fikirlərimi özünə bildirdim. İctimaiyyətə açıqlamaq istəmirəm. Lazımsız qırmızı vərəqə idi.(report)

Paylaş »
››› Vəzifədən gedən Usubovun mənəvi məsuliyyəti: Adam oğurluqları, qətllər...
››› Avropa Məhkəməsi ermənilərin Ramil Səfərovdan şikayəti üzrə qərarını açıqladı
››› “Azərişıq” ASC-nin üç əməkdaşı güllələnib
››› Türkiyənin zərbələrindən sonra Rusiyanın muzdluları qaçmağa məcbur olub
››› Geyimi ilə məşhurlaşan rus tibb bacısı gizlənir - Foto
Son xəbərlər
Bütün xəbərlər »