Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlham Əliyev Türkiyə Prezidentinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə zəlzələ qurbanları ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Bizimyol.info xəbər verir ki, Prezident İlham Əliyev bu gün baş vermiş zəlzələnin Vanda insan tələfatına və dağıntılara səbəb olmasından çox kədərləndiyini bildirib.

Dövlət başçısı bu faciə ilə əlaqədar Türkiyə Prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.

Son xəbərlər
Bütün xəbərlər »