Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
10 saylı Seçki Dairəsinin bir məntəqəsində nəticələr etibarsız sayılıb

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 10 saylı Binəqədi Üçüncü Seçki Dairəsindən namizədliyi qeydə alınmış İbrahimli Qorxmaz və Gülağa Aslanlının müraciətinə baxılıb.

Bu barədə MSK üzvü İlkin Şahbazov məlumat verib.

İ. Şahbazov bildirib ki, araşdırma 3 istiqamətdə aparılıb: “Sosial şəbəkədə16 saylı seçki məntəqəsindən yayılan görüntülərdən məlum olur ki, həmin seçki məntəqəsində seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib. Ona görə də təklif edirəm ki, həmin seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılsın”.

MSK müraciəti müzakirəyə çıxarıb və 16 saylı seçki məntəqəsində səsvermənin nəticəsinin etibarsız sayılması ilə bağlı qərar qəbul edilib.(apa)

Son xəbərlər
Bütün xəbərlər »