Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
"Sabah" öz meydanında "Səbail"lə qolsuz oyun keçirib
futbol

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.

"Sabah" evdə "Səbail"i qəbul edib.

"Bank Respublika arena"da keçirilən görüş qolsuz başa çatıb. Matçın 15-ci dəqiqəsində meydan sahiblərinin heyətində moldovalı yarımmüdafiəçi Yevgeni Koçuk qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. 88-ci dəqiqədə "Sabah"ın yeni transferi Ramil Şeydayev meydana daxil olaraq təqribən 1,5 illik fasilədən sonra yenidən Azərbaycan Premyer Liqasında debüt edib.

Bu nəticədən sonra xallarını 20-yə çatdıran "Sabah" 6-cı pillədəki mövqeyini qoruyub. "Səbail" isə 19 xalla 7-ci sırada qalıb.

Tura bu gün keçiriləcək "Qarabağ" - "Sumqayıt" oyunu ilə yekun vurulacaq.

Qeyd edək ki, ilk oyun günündə "Neftçi" səfərdə "Qəbələ"ni 2:0, "Keşlə" isə evdə "Zirə"ni 4:0 hesabı ilə məğlub edib.(report)

Paylaş »
››› Avropanın 5 ölkəsi normal həyata qayıdır
››› Avropa Birliyi Ermənistana 92, Azərbaycana 14 milyon avro ayırıb – Səbəb maraqlıdır
››› Qanunsuz kapitalı və əmlakı, sənədsiz evi olanlara şad xəbər - Açıqlama
››› Koronavirusla əlaqələndirilən 5G əslində yeni dünyanın silahıdır
››› Karantinə etiraz: “Ölsə də, mənim uşağımdır, sənə nə?!” - Video
Son xəbərlər
Bütün xəbərlər »