Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
MSK 12 saylı Seçki Dairəsinin 11 seçki məntəqəsində nəticələri ləğv edib
MSK

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsindən namizədliyi qeydə alınan Natiq Cəfərovun, Elman Quliyevin müraciətinə baxılıb.

Bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

A.Muxtarova bildirib ki, iddiaçıların müraciəti eyni məzmunlu olduğundan və 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsinin eyni məntəqələrini əhatə etdiyindən bir icraatda birləşdirilib:

“N. Cəfərov və E. Quliyev bildirib ki, dairə üzrə seçki məntəqələrində seçki günü seçki qanunvericiliyinin pozulması halları baş verib. N. Cəfərov araşdırma üçün 1 ədəd elektron məlumat daşıyıcısı və 23 ədəd protokol təqdim edib. DSK-nın mübahisələndirilən qərarları da araşdırmaq üçün götürülüb. DSK qeyd edilən qərarlarını onunla əsaslandırıb ki, araşdırma zamanı müraciətdə qeyd edilən qanun pozuntuları öz təsdiqini tapmadığından həmin şəxslərin müraciəti təmin edilməyib. MSK tərəfindən müraciətdə mübahisələndirilən seçki məntəqələrinin protokolları DSK-dan alınaraq, müqayisəli araşdırma aparılıb. Araşdırma zamanı müəyyən edilib ki, N. Cəfərov tərəfindən təqdim edilən 23 protokoldan 8-də məlumatlar uyğunsuzluq təşkil edir. Həmin 8 seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız sayılması üçün hüquqi əsaslar yaranıb. Digər mübahisələndirilən seçki məntəəqlərində qeyd edilən qanun pozuntuları öz təsdiqini tapmayıb. Təklif edirəm ki, qanun pozuntuları baş verən 6, 9, 10, 23, 25, 27, 28, 29 saylı seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılsın və şikayətçilərin müraciəti qismən təmin edilsin”.

R.Qasımov isə bildirib ki, 13, 14, 31 saylı seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib. Ona görə də təklif edirəm ki, bu məntəqələrdə də səsvermənin nəticələri etibarsız sayılsın.

MSK müraciəti müzakirəyə çıxarıb və 6, 9, 10, 13, 14, 23, 25, 27, 28, 29, 31 saylı seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılıb və müraciət qismən təmin edilib.

Qeyd edək ki, MSK-nın elan etdiyi ilkin nəticələrə görə, 12 saylı Qaradağ-Binəqədi- Yasamal Seçki Dairəsindən  48.5% səslə Səbinə Xasıyeva (YAP) liderdir.

Bizimyol.info

Paylaş »
››› Avropanın 5 ölkəsi normal həyata qayıdır
››› Avropa Birliyi Ermənistana 92, Azərbaycana 14 milyon avro ayırıb – Səbəb maraqlıdır
››› Qanunsuz kapitalı və əmlakı, sənədsiz evi olanlara şad xəbər - Açıqlama
››› Koronavirusla əlaqələndirilən 5G əslində yeni dünyanın silahıdır
››› Karantinə etiraz: “Ölsə də, mənim uşağımdır, sənə nə?!” - Video
Son xəbərlər
Bütün xəbərlər »