Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliyada koronavirus sürətlə yayılır

İtaliyada koronavirusa yoluxanların sayı 132 nəfərə çatıb.

“RİA Novosti” agentliyinin verdiyi məlumata görə, bunu Mülki Müdafiə Xidmətinin rəhbəri Ancelo Borelli bildirib.

Koronavirusa yoluxan 132 nəfərdən 2-i həyatını itirib, biri sağalıb. Hazırda 129 nəfər həkim nəzarətindədir.

Virusa yoluxma İtaliyanın dörd şimal əyalətində qeydə alınıb. Lombardiyada 88, Venetoda 24, Emilia-Romanye və Pyemontedə isə 9 nəfər virusa yoluxub.

A. Boreli deyib ki, zərurət yaranarsa, virusa yoluxanlar İtaliya Silahlı Qüvvələrinin karantin elan ediləcək obyektlərində yerləşdirilə bilər. Artıq bunun üçün kazarmalarda 5 min yer də hazırlanıb.(apa)

Son xəbərlər
Bütün xəbərlər »