Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
İstanbul derbisi: "Fənərbağça" "Qalatasaray"la qarşılaşacaq
Fenerbahce-Galatasaray-derbisinin-bilet-fiyatlari-belli-oldu

Bu gün Türkiyə Super Liqasının XXIII turunda "Fənərbağça" və "Qalatasaray" arasında derbi oyunu keçiriləcək.

"Şükrü Saracoğlu" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Bu, iki komanda arasında 391-ci görüş olacaq. "Qalatasaray" əzəli rəqibini 1999-cu ildən səfərdə yenə bilmir.

Hazırda "sarı-qırmızılar" 42 xalla 4-cü, "sarı-lacivərdlilər" isə 38 xalla 6-cı pillədə qərarlaşıb. "Cim-Bom" bu gün qələbə qazanacağı təqdirdə, lider "Trabzonspor" və "Sivasspor"la xallarını bərabərləşdirəcək.

Qeyd edək ki, bu tur "Trabzonspor" "Beşiktaş"la səfər matçından 2:2 hesablı heç-heçə ilə ayrılıb. "Sivasspor" isə "Alanyaspor"a qalib gəlib - 1:0.(report)

Paylaş »
››› Cahangir Əsgərovun AZAL-ın pullarını hara xərclədiyi məlum oldu
››› Bill Qeyts koronavirusdan da dəhşətli fəlakət barədə xəbərdarlıq edib
››› Sahil Babayev avqust ayında veriləcək birdəfəlik ödəmələrdən danışdı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› "Rusiyada kişilərin 30 faizə qədəri özgə uşaqlarını böyüdür və bunu bilmir"
Son xəbərlər
Bütün xəbərlər »