Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranın Azərbaycan ərazisində zəlzələ zamanı xəsarət alanların sayı açıqlandı

İranın Türkiyə ilə sərhədində baş verən 5,9 maqnitudalı zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar qeydə alınıb.

Bizimyol.info xəbər verir ki, bu barədə  Türkiyə mətbuatının verdiyi məlumata görə, İranın Fövqəladə Hallar Təşkilatının sözçüsü Müctəba Xalidi bildirib ki, Qərbi Azərbaycan əyalətində təbii hadisə zamanı 25 nəfər xəsarət alıb.

Əyalətin valisi Məhəmməd Mehdi Şəhriyari isə xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğunu bildirib. Zəlzələ 43 kənddə evlərə ciddi zərər vurub.

Qeyd edək ki, İranda zəlzələ 5,9 maqnitudada qeydə alınıb.

Xatırladaq ki, zəlzələ nəticəsində Türkiyənin İranla sərddə yerləşən Van rayonunda ilkin məlumatlara görə, 8 nəfər ölüb, dağıntı və yaralılar var.

Son xəbərlər
Bütün xəbərlər »