Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusa görə məktəb və universitetlər bağlanıb

İranda koronavirusun sürətlə yayılmasına görə hakimiyyət yüksək ehtiyat tədbirlərinə əl atır. Hökumət elan edib ki, virusun qeydə alındığı bütün şəhərlərdə və əyalətlərdə məktəb və universitetlər bağlanır. O cümlədən virusun yayılmağa başladığı Qum şəhərində ziyarətlər dayandırılıb, məscidlər bağlanıb, kütləvi ibadətlər qadağan olunub. Virus İranın 14 əyalətində qeydə alınıb.

Virtualaz.org xəbər verir ki, İranın Səhiyyə Nazirliyi ölkə üzrə 28 yoluxma halının qeydə alındığını təsdiqləyir, lakin Qum şəhəri ilə İranın digər şəhərləri arasında intensiv gediş-gəlişi nəzərə alan səhiyyə rəsmiləri əslində yoluxma hallarının daha çox olduğuna əmindir.

Virusa yoluxanların 18-i ölüb.

İranla qonşu ölkələr də ehtiyat tədbirləri görür. Səudiyyə Ərəbistanı öz vətəndaşların İrana getməyi qadağan edib. Ermənistanın Xarici İşlər Nazirliyi də ötən gün ölkə vətəndaşlarını İrana səfərlərdən çəkinməyə çağırıb. Parlamentin üzvü, “İşıqlı Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan isə ölkənin İranla quru sərhədlərini bağlamağa çağırıb.

Iran - təcili yardım

“Bizə dost ölkə İrandan həyacanlı xəbərlər gəlir. Mövcud vəziyyətdə biz hesab edirik ki, Ermənistan-İran quru sərhədlərini müvəqqəti bağlamaq, aviareysləri dayandırmaq lazımdır. İranda koronavirusla bağlı vəziyyət sabitləşənə qədər”,-o bildirib.

İranla sıx gediş-gəlişə, intensiv ticarət əlaqələrinə malik olan Azərbaycan isə hələlik sərhəddə nəzarəti gücləndirməklə və gələnlərin hərarətini yoxlamaqla məhdudlaşır. Digər ehtiyat tədbirləri, o cümlədən sərhədlərin bağlanması barədə hələlik müzakirələr getmir.

Son xəbərlər
Bütün xəbərlər »