Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstan XİN vətəndaşlara xəbərdarlıq edib

Gürcüsan Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarına İranda yeni tip koronavirus (Covid-19) yayılması ilə əlaqədar bu ölkəyə səfərdən imtina etməyi tövsiyə edib.

Bu barədə məlumat bu gün Gürcüstan XİN-nin saytında yerləşdirilib.

Gürcüstan XİN bildirir ki, İranda koronavirus fevralın 19-da aşkarlanıb, ölkədə 28 nəfər bu xəstəliyə yoluxub, 6 nəfər ölüb: “Vəzyiyəti nəzərə alaraq, İrana səfərlərdən imtina etməyi xahiş edirik”.

Gürcüstan XİN ölkənin İrandakı səfirliyində “qaynar xətt” yaradıldığını da nəzərə çatdırıb.(apa)

Son xəbərlər
Bütün xəbərlər »