Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda 64 yaşlı kişini avtomobil vurdu

Bakıda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, Şərifzadə küçəsində yolu keçən 1956-cı il təvəllüdlü Məmmədov Tahir Əli oğlunu minik avtomobili vurub.

Nəticədə piyada ağır bədən xəsarəti alıb. Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.

Ona qapalı kəllə-beyin travması qoyulub və vəziyyəti ağır olduğuna görə reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(report)

Son xəbərlər
Bütün xəbərlər »