Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Talibanla razılığa gəlib

"ABŞ Silahlı Qüvvələri və Taliban döyüşçüləri gözlənilən sülh sazişinin imzalanmasını təmin etmək üçün hərbi əməliyyatları bir həftə müddətində azaltmaq barədə razılığa gəliblər".

Bİzimyol.info xəbər verir ki, bu məlumatı ABŞ Silahlı Qüvvələrinin generalı Ostin Skott Miller verib.

Generalı: “Hazırkı əməliyyatlarımız müdafiə xarakteri daşıyır. Hücum əməliyyatlarımızı öhdəliklərimizin bir hissəsi olaraq dayandırmışıq”, - deyib.

Miller qeyd edib ki, bu addımlar sadəcə sınaq dövrü üçün həyata keçirilir. Hökumət qüvvələrinə qarşı hücum olacağı təqdirdə ABŞ və Əfqanıstan özlərini müdafiə edə biləcəklər.

Azaldılmış hərbi fəaliyyət davam edəcəyi təqdirdə Birləşmiş Ştatlar və Taliban sülh sazişi imzayalarsa minlərlə amerikalı əsgər ABŞ-a qayıdacaq. Bunun müqabilində Taliban Əfqanıstanın müxtəlif siyasi partiyaları ilə danışıqlara başlayacağını və terrorçuların Qərbə hücum etməmələrini təmin edəcəyini vəd edib.

Son xəbərlər
Bütün xəbərlər »