Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində koronavirusdan ölənlərin sayı açıqlandı

Çində koronavirusun yeni ştammına (COVID-2019) yoluxanların və ölənlərin sayı açıqlanıb.

TASS xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, yeni virusdan ölənlərin sayı ümumilikdə 2 442 nəfərə çatıb. Bir gün ərzində virusdan 97 ölüm hadisəsi baş verib. Ötən gün ölkə üzrə isə ümumilikdə 22 888 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıblar.

Komitə qeyd edib ki, hazırda ölkədə 76 936 insan virusun daşıyıcısıdır. Gün ərzində daha 648 nəfər virusa yoluxub.(report)

Son xəbərlər
Bütün xəbərlər »