Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda koronavirusdan ölənlərin sayı artıb

İranda yeni növ koronavirusun səbəb olduğu pnevmoniya nəticəsində altıncı ölüm faktı qeydə alınıb.

Bu barədə Markazi əyalətinin qubernatoru Əli Ağazadə açıqlamasında deyib.

“Əyalətdə bir nəfərin koronavirusdan öldüyü təsdiqləndi”, - deyə “IRNA” ondan sitat gətirib.

İranda koronavirusun səbəb olduğu xəstəliyə ilk yoluxma haqqında məlumat fevralın 19-da ortaya çıxıb. Bu günə qədər 28 yoluxma halının qeydə alındığı bildirilir.(apa)

Son xəbərlər
Bütün xəbərlər »