Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
İtaliyada koronavirusuna yoluxanların sayı artıb
Koronavirus

İtaliyada yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 50 nəfəri keçib.

Bu sözləri Şimali İtaliya Lombardiyasının prezidenti Attilio Fontana Milanda keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Lombardiyada koronavirusu yoxlamaq üçün aparılan analizlərin cavabı 39 nəfərdə müsbət olub: “ Bu insanların hamısı Lodi şəhərinin cənubunda yaşayır”.

Fontana onu da bildirib ki, qonşu Veneto bölgəsində yeni növ koronavirusa yoluxanların sayı hazırda 12 nəfərdir.

Bu məlumatları Venetonun regional idarələri də təsdiqləyib. Bölgə prezidenti Luka Zaya bildirib ki, virusa yoluxan on iki nəfərin doqquzu Vaud (Padua əyaləti) şəhərində yaşayır. Bundan əlavə, Çindən gələn və Vo şəhərində daimi yaşayan 8 immiqrant koronovirusdan analiz vermək üçün yerli xəstəxanaya aparılıb. (Report.az)

Paylaş »
››› İtaliyada virusdan rekord sayda insan öldü
››› Neftin qiyməti yenə düşdü
››› Vahid Əhmədov: “Hökumət çörəyin, ətin və şəkərin qiymətini dondurmalıdır”
››› DİN-dən sosial şəbəkədə yayılan məktubla bağlı açıqlama - Foto
››› Əkrəm İmamoğlu: “Çətin günlərin hələ başlanğıcındayıq”
Son xəbərlər
Bütün xəbərlər »