Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Haftarın yüzə yaxın əsgəri məhv edilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk əsgərlərinin olduğu Liviyadakı son durumla bağlı açıqlama verib.

Türkiyə prezidenti Liviyada Türkiyə əsgərləri və Suriya Milli Ordusundan olan qrupların legioner Haftara qarşı mübarizəni davam etdirdiklərini vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, mübarizə davam edir: "Təbii ki, bir neçə şəhidimiz var. Bunun qarşılığında Haftarın yüzə yaxın əsgəri məhv edilib. Türkiyənin Suriya və Liviya siyasəti nə bir macəra, nə də keyfə qədərdir. Ölkə və millət olaraq yeni bir istiqlal mücadiləsi veririk". (Modern.az)

Son xəbərlər
Bütün xəbərlər »