Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Arxasında minlərlə cəsəd buraxan pərdə arxasındakı qatil...

Çində meydana çıxan və bütün dünyada sürətlə yayılmağa başlayan koronaviris hər gün çoxlu sayda insanın ölümünə səbəb olmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi proqnoz isə vəziyyətin göründüyündən daha ümidsiz olduğunu göstərir. Belə ki, ÜST bəyantında koronavirusun yaxın gələcəkdə yayılma arealını sürətlə genişləndirəcəyini, planet əhalisinin üçdə iki hissəsinin bu virusa tutula biləcəyini vurğulayıb.

Koronavirus təhlükəsinin bütün bəşəriyyəti dəhşətə gətirdiyi bir zamanda bu virusun bioloji silah olaraq süni şəkildə yaradıldığı və məqsədli şəkildə yayıldığı ilə bağlı ehtimallar səslənməkdədir.

ABŞ iqtisadi marağına görə bütün bəşəriyyətin taleyi ilə qumar oynayır?

Xüsusilə də Rusiya sosial şəbəkələri və media orqanlarında koronavirusun bioloji silah olduğu, ABŞ tərəfindən hazırlandığı və Çinə qarşı iqtisadi savaş fonundan tətbiq edildiyi ilə bağlı fikirlər yer almaqdadır.

Rusiyanın bütün bəşəriyyətə transfer etməyə çalışdığı bu fikir ABŞ tərəfinin rəsmi etirazına səbəb olub. Belə ki, Rusiyanı təxribat yaratmada ittiham edən ABŞ-ın Dövlət Departamenti, Moskvanı dünya ictimai rəyini çaşdırmaqda, ÜST-nin diqqətini yanlış yönə istiqamətləndirməkdə ittiham edib. ABŞ tərəfi qeyd edib ki, Rusiya anti-Amerika mahiyyətli bu informasiyanı bütün dünyada yaymaq üçün çoxlu sayda saxta sosial şəbəkə hesabları yaratmaqda, bu ideyanı ən müxtəlif yollarla geniş təbliğ etməkdədir.

Rusiyanın anti-Amerika yönlü informasiya savaşı fonunda Kremlin öz ziyanına işləyən maraqlı bir fakt ictimaiyyiləşib. Bu da Çinlə sərhədlərə və kifayət qədər geniş əlaqələrə malik olmasına baxmayaraq, Rusiyanın koronavirusdan demək olar ki, zərər görməməsi gerçəyidir. Belə ki, Rusiyada koronavuirusa cəmi iki nəfər yoluxub ki, onların da ikisi Çin vətəndaşıdır. Və bundan daha qəribəsi isə hər iki vətəndaşın Rusiyada müalicə alandan sonra sağalmasıdır. Koronavirusa yoluxan üç Rusiya vəətndaşının isə bu xəstəliyə laynerdə yoluxduğu müəyyən edilib və onların səhhəti ilə bağlı hər hansı məlumat yoxdur.

Koronavirus Çinlə “nəfəs-nəfəsə” dayanan Rusiyaya “heç nə edə bilmir”: Əcəba, niyə?

Rusiya və koronavirus qarşıdurmasının hazırkı mənzərərsi bu virusun “kimin əl işi” olması ilə bağlı vəziyyəti daha da mürəkkəbləşdirir.

Koronavirus həqiqətən də bioloji silah nümunəsi ola bilərmi? Rusiyanın ABŞ-a yönəlik bu ittihamlarının həqiqət olması mümkündürmü? Çinlə “nəfəs-nəfəsə” dayanmasına baxmayaraq, Rusiyanın koronavirusdan zərər görməməsi, sadəcə haray-həşir salaraq ABŞ-ı itiham etməsi hansı mətləblərdən xəbərt verir? Koronavirsu bri silahdırsa, bu silahın Rusiyanın özünə məxsus olması mümkündürmü?

Hələ ki, bu və bu kimi sualların həqiqi cavabı məlum deyil. Pərdə arxasında gerçək bir qatilin olub-olmaması da indiki halda sadəcə bir ehtimaldır. Hələlik məlum olan yeganə həqiqət mövcud situasiyadan hər bir dövlətin özünəməxsuis şəkildə bəhrələnməyə və rəqiblərinə qarşı istifadə etməyə cəhd göstərməsi gerçəyidir. (Moderator.az)

Son xəbərlər
Bütün xəbərlər »