Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hakan Şükürdən 9 il sonra etiraflar: “Peşmanam...” - Video

Türkiyə millisinin və “Qalatasaray”ın əfsanəvi futbolçusu Hakan Şükür maraqlı açıqlamalar verib.

Sabiq forvard siyasətə qoşulduğu üçün peşman olduğunu bildirib.

O, buna məcbur edildiyini söyləyib: “Siyasətə heç qoşulmaq istəmirdim. Məcbur etdilər, peşman oldum. Əslində sonradan anladım ki, siyasət ancaq bizim şöhrətimizdən istifadə edir. Siyasətçilər məşhurların bu imkanlarından yararlanmaq istəyir. Dəfələrlə müxtəlif vəzifələrdə işləmək üçün təkliflər aldım. Artıq çox peşmanam və karyerama yalnız futbolda davam etmək istəyirəm”.

Qeyd edək ki, Hakan Şükür FETÖ terror təşkilatı ilə əlaqədə ittiham olunur. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »