Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusdan yenə onlarla ölüm hadisəsi baş verdi

Çində koronavirusdan ölənlərin sayı artıb.

Bu barədə Çin Xalq Respublikasının Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, koronavirusdan ölənlərin sayı 2 345 nəfərə çatıb.

Məlumata görə, gün ərzində virusdan 109 ölüm hadisəsi qeydə alınıb. Ölkədə virusa yoluxmuş 2 393 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. Hazırda Çində koronavirusa yoluxanların sayı 75 891 nəfərdir.

Qeyd edək ki, ölkədə koronavirusa ilk yoluxma ötən ilin sonlarında qeydə alınıb. (Report.az)

Son xəbərlər
Bütün xəbərlər »