Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Koronavirusun yayıldığı ölkələr və itkilər- Siyahı
Çin Koronavirus

Dünya üzrə koronovirusa yoluxanların sayı artmaqda davam edir.

Son rəqəmlərdə infeksiyaya yoluxanların sayının 76 716 nəfərə çatdığı bildirilir. Virus ümumilikdə 2 236 nəfərin həyatına son qoyub.

Modern.az koronavirusa yoluxma halı və itkilər olan ölkələrin siyahısını hazırlayıb:

Yaponiyada 731 nəfər koronavirus daşıyıcısı var, onların hər biri hazırda xəstəxana şəraitində müalicə alır.

Sinqapurda 58 nəfər virus daşıyıcısıdır. Onlardan 7-nin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Taylandda 6 nəfər koronavirus daşıyıcısıdır. Onlardan 5-i Çin vətəndaşıdır.

Cənubi Koreyada indiyədək virusdan dolayı bir nəfər dünyasını dəyişib. Hazırda ölkədə 104 nəfər koronavirus daşıyıcısıdır.

Malaziyada biri yaşlı olmaqla iki nəfər koronavirusdan əziyyət çəkir.

Tayvanda biri yaşlı olmaqla 4 nəfər koronavirus xəstəliyindən əziyyət çəkir.

Almaniyada 4 nəfər virusdan dolayı karantin altındadır. 40 nəfərdə isə virus olduğu ehtimal edilir.

Hindistanda isə 3 nəfər tələbə koronavirus daşıyıcısıdır.

ABŞ-da 6 nəfər koronavirus daşıyıcısıdır, 191 nəfər isə nəzarət altına alınıb.

Avstraliyada isə xəstəlikdən əziyyət çəkənlərin sayı 7-yə çatıb.

Birləşmiş Ərəb Əmirliklərində koronavirusa yoluxan 8 nəfərdən 3-nün vəziyyəti yaxşılaşsa, 5 nəfər hələ ki, xəstəxanada müalicə alır.

İranda virusdan dolayı 9 nəfər həyatını itirib.

Rusiya Səhiyyə Nazirliyi isə ölkədə 20 min nəfərin virus daşıma şübhəsi ilə həkim nəzarəti altında olduğunu açıqlayıb. Onlardan 6-mini Çin, 14 mini isə Rusiya vətəndaşıdır. İlin əvvəlindən 769 nəfər xəstəxanaya yerləşdirilib, onların 97-də qrip aşkarlanıb, 121 nəfərdə isə tənəffüs yolu xəstəlikləri tapılıb. Son məlumatlara görə Rusiyada cəmi 2 nəfərdə koronavirus aşkarlanıb.

Vyetnamda 6 nəfər virus daşıyıcısı var. Koronavirus təhlükəsindən dolayı ölkənin 10-a yaxın kəndinə giriş-çıxış məhdudlaşdırılıb.

Belçikada 9 nəfər koronavirus daşıyıcısıdır, onlardan birinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

İngiltərə, Hindistan, İtaliyaFransada 3 nəfər koronavirus daşıyıcısının olduğu bildirilib.

Kanada, Nepal, İsveçrə, Finlandiya, Misir, Livanİspaniyada isə 1 nəfərdə virusun olduğu bildirilib.

Qeyd edək ki, Finlandiyada daha 15 nəfərdə virusun olma ehtimalı var.

Paylaş »
››› Vəliəhd şahzadə Putinin sözlərindən incidi, danışıqlar təxirə düşdü
››› İtaliyada virusdan ölənlərin sayı xeyli azaldı
››› Daha bir ölkədə koronavirusa ilk yoluxma aşkarlandı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Rusiyada dəhşətli qətl: 5 nəfər səs-küy saldıqlarına görə güllələndilər
Son xəbərlər
Bütün xəbərlər »