Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində koronavirusun nə zaman dəf olunacağı tarix açıqlandı

"Çin hökuməti bu il mart ayının sonunadək ölkə ərazisində koronavirusu dəf edəcək".

Bu barədə ölkənin Rusiyadakı səfiri Janq Hanhui bildirib.

O deyib ki, bu virusa tam qələbə çala bilərik: "Həm də Hubey əyalətində, başqa bölgələrdə elə bu ay qalib gələ bilərik. Epidemiya ocağında isə ola bilsin, gələn ay ərzində virusu tamamilə məhv edəcəyik”.

İndiyədək 18 mindən çox xəstənin sağalaraq xəstəxanalardan buraxıldığını, bir sıra əyalət və bölgələrdə 10 gündən artıqdır yeni yoluxma hallarının qeydə alınmadığını diqqətə çatdıran diplomat koronavirusun ocağı Hubey əyalətində ölüm hallarının 2 faiz, ölkəboyu isə 0,55 faiz olduğunu deyib. (Report.az)

Son xəbərlər
Bütün xəbərlər »