Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qonşu ölkədə dolların məzənnəsi yüksəldi

İdlib əməliyyatları Türkiyə iqtisadiyyatına yaxşı təsir göstərmir. Ölkədə dolların məzənnəsi yüksəlib.

Bizimyol.info xəbər verir ki, ABŞ valyutası Türkiyədə 6 psixoloji həddini keçib. Gün ərzində məzənnə 6,17-yə qədər yüksəlib. İndi qonşu, qardaş ölkədə 1 dollar 6,09 lirəyə dəyişdirilir.

Ümumiyyətlə, son bir ildə Türkiyə valtutası dəyər itirməkdə davam edir. Düzdür, TL-nin daha ağır günləri olub. Amma son bir ildə müəyyən sabitlik yaranmışdı. Məsələn, keçən il bu günlər məzənnə 5,32-ni keçmirdi. Ən yüksək göstərici mayın 9-da qeydə alınmışdı (6,19). Yayda müəyyən sabit məzənnə formalaşmışdı.

Son xəbərlər
Bütün xəbərlər »