Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Deputatlığa keçmiş namizəd seçkinin nəticələrindən danışdı – Video
Seçki

Azərbaycanın müstəqillik tarixindəki ilk növbədənkənar parlament seçkilərindən artıq 11 gün keçib. Ammma bu məsələlər ətrafında müzakirələr, mübahisələr və şikayətlər davam edir.

Aydınlar partiyasının sədr müavini, 10 saylı Binəqədi üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Qorxmaz İbrahimli Bizimyol.info-ya müsahibə verib.

Qorxmaz İbrahimli Qorxmaz İbrahimli

Q.İbrahimli bildirib ki, 2019-cu ilin sonuna doğru ictimai-siyasi aləmdə qəfildən bir hadisə baş verdi: “Parlament çoxluğu olan Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri anidən ölkə başçısına müraciət edərək parlamentin buraxılmasını xahiş etdilər.

Parlament buraxılandan sonra hazırlıq başlandı və biz siyasətçilər 2008-ci ildə yaranan və sədr müavini olduğum Aydınlar Partiyası orta xəttə davam edən müxalifət partiyasıdır. Biz partiya olaraq 2010-cu ildə keçirilən parlament seçkilərində iştirak etdik. Bu seçkilərin nəticəsini analiz edib 2015-ci ildə keçirilən parlament seçkilərinə qatılmadıq. Bu ilin fevralın 9-da keçirilən parlament seçkiləri ilə bağlı partiyamızın Siyasi Şurası toplandıq, müzakirə etdik. Bu müzakirədə qərara gəldik ki, parlament seçkilərinin obyektiv keçiriləcəyinə inana bilərik. Gerçəkdən imzatoplama və qeydiyyat prosesində ciddi əngəllərlə qarşılaşmadıq.

Və biz seçki prosesi başalayanda bildirmişdik ki islahata bir fərmanla və sərəncamla olmur. İslahatın ardı aşağılardan möhkəmlənməlidir. Yəni Mərkəzi Seçki Komissiyasında və seçki dairələrində dəyişikliklər olmalı idi. Və bu şübhələrin altında biz seçkilərə getdik”.

Q.İbrahimli bildirib ki, təbliğat-təşviqat kampaniyası başlayandan sonra deputatlığa namizəd olduğu 10 saylı Binəqədi üçüncü Seçki Dairəsindən 19 nəfər deputatlığa namizədliyini irəli sürübmüş: “Sonradan onlardan 12-si qaldı, daha sonra isə 2 nəfər də namizədliyini geri götürdü. Və bu namizədlərin apardığı kampaniya çox ilginc idi. Hər kəs özünə görə kampaniyasını aparırdı. Bir neçə nəfəri seçicilərlə aktiv görüşürdülər. O cümlədən, biz seçki qərargahımızı yaratmışdıq.

“Qorxmaz İbrahimli-2020” seçki qərargahını formalaşdırmışdıq. Qərargahımıza mütəxəssislər cəlb edib seçicilərlə görüşürdük. Ciddi işlər görürdük. Bu arada qeyd edim ki seçicilər seçkilərin nəticəsinə görə küskündür. Hansı ki biz o küskün seçicilərdə ümid yaradıb seçkilərə çağırırdıq. Seçki günü də seçki məntəqələrində çağırdığımız insanları gördük. Bu kampaniyanın gedişi vaxtında dairənin 30 illik deputatı heç bir kampaniya keçirmədi. Ancaq onun vəkilləri, səlahiyyətli nümayəndələri trollarla və “məhəllə komitələri” deyilən şəxslərlə qapalı görüşlər keçirdilər. Seçicilərlə görüş keçirmədi. Yəni deputatlığa namizədin özü seçicilərin arasına çıxmadı. Halbuki biz seçicilərlə görüşəndə hazırda fəaliyyətdə olan deputatın seçicilərin arasına nədən çıxmadığını soruşurdular. Biz də çalışırdıq ki bu suallardan yan keçib öz fəaliyyətimizi təbliğ edək, deputat kimi hansı işləri görə biləcəyimizi deyirdik. Seçki prosesinin soyuq aylarda olması deputatlığa namizədlərin işini çətinləşdirirdi. Mən şəxsən dəfələrlə soyuğa məruz qaldım. Soyuğun mənə təsirini seçicilərə hiss etdirmədən onlara görüşdüm. Gec yatıb erkən qalxırdıq. Seçicilərin arasındaydıq, vətəndaşlarla görüşürdük. Gözəl iş gördük. Xüsusən seçki qərargahıma və könüllülərimə təşəkkür edirəm. Seçicilərimə təşəkkür edirəm.

Bizim qərargahımız Biləcəri qəsəbəsində yerləşirdi. Binəqədidən seçicilər qərargahıma gəlirdilər. Mən işin gedişində şübhləndim ki, altdan əl işləyir. Nəysə hazırlayırlar.Fevralın 7-də toplamış olduğum informasiyaları dəqiqləşdirdim və yüksək səviyyədə ölkə rəhbərliyinə və Mərkəzi Seçki Komissiyasına müraciət etdim. Biz xəbərdarlığımızı etdik ki, qanun pozuntularına hansı hazırlıqlar gedir. Bunun qarşısı alınmalıdır. Biz əvvəlcədən demişdik ki, seçki bu dairə komissiyası ilə keçiriləcəksə, vay seçicilərin səsinin halına. Nə yazıq ki sonda küskün seçicilər fevralın seçkilərin nəticəsində haqlı çıxdılar. Ola bilsin müraciətimiz ciddi qarşılanmadı deyə seçki dairəsi nəzarətə götürülmədi. Yaxud da dövlət rəsmiləri olan seçki dairə seçki komissiyasının üzvlərinin dövlətin həyəta keçridiyi bu ciddi tədbirə xəyanət etməyəcəyini düşündülər. Seçki günü total saxtakarlığa gedildi. Xüsusən əsgərlərin “karusel” seçkiyə cəlb olunması çox utancverici haldır. Bizim bununla bağlı seçki günü çəkilmiş video var. Bizim seçki dairəmizin ərazisində yaşamayan seçicilərə və yaxud bizim ərazidə müvəqqəti işləyən şəxslərə arayış verərək seçkiyə saldılar. Seçki Məcəlləsinə əsasən bu qanun pozuntusudur. Belə ki, seçki günü seçici Kürdəmirdə və yaxud Hacıqabulda qeydiyyatdan çıxıb bizim dairənin seçki məntəqəsində seçici kimi iştirak etdilər. Saxta arayışlarla səs verdilər. Bu məsələ ilə bağlı prokurorluğa müraciət etmişik. Bu müraciətlərimizin araşdırılmasından xəbərsizik. Ümid edirik ki araşdırılacaq. Toplumla görüşlərimizdə deyirdik ki dövlət öz sözünü deyəcək. Və mən bu gün də inanıram ki dövlət öz sözünü deyəcək. Dairənin seçkilərinin nəticəsinin ləğv olunmasını tələb edirəm. Bu istiqamətdə hüquqi mübarizəmi davam etdirirəm. Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi o deməkdir ki, 2020-ci ilin sonunda hansısa təhlükə ola bilərdi. Seçkilərdə kimlər iştirak eləməlidir? Siyasətçilər. Rəqibimi ilk dəfə 2000-ci ildə məğlub etmişəm. Amma haqqım yeyilib. 2010-cu ildə yenidən rəqibimi məğlub etdim. Yenə haqqım yeyilib. Nəticəni qanunsuz yolla dəyişdiriblər. Deputatlığa namizədin təzyiqi ilə Dairə Seçki Komissiyası seçki keçirdi. Seçiciləri xəyal qırıqlığına uğratdılar. Dövlətimizdən küsməmişik. Hüquqi mübarizəmizi davam etdirəcəyik.

Biz Aydınlar partiyası olaraq orta xətti tutmuşuq. Bizim nə polis daşdıyan düşüncəmiz yoxdur, nə də iqtidara yaltaqlanıb, biz müxalifətik demək istəmirik. Parlamentə seçiləndən sonra Aydınlar partiyasını rahat şəkildə inkişaf etdirək ki partiya özünü beynəlxalq aləmdə də özünü göstərə bilsin. Aydınlar partiyasının parlament partiyası olmasına nail olacağıq. Vətəndaşların inamını, etimadını qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bir siyasi partiya parlamentdə təmsil olunuraq və dövlətin büdcəsindən maliyyələşərək özünü dövlətə, millətə siyasi aləmə göstərirsə, o partiya nə dövlətinə, nə də millətinə xəyanət etməz”.

Paylaş »
››› Vəliəhd şahzadə Putinin sözlərindən incidi, danışıqlar təxirə düşdü
››› İtaliyada virusdan ölənlərin sayı xeyli azaldı
››› Daha bir ölkədə koronavirusa ilk yoluxma aşkarlandı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Rusiyada dəhşətli qətl: 5 nəfər səs-küy saldıqlarına görə güllələndilər
Son xəbərlər
Bütün xəbərlər »