Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş prezident: “Putin koronavirusdan təhlükəlidir”

Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko “Twitter” səhifəsində Rusiya dövlət başçısı haqda fikirlərini yazıb. O, Vladimir Putini koronavirusdan daha təhlükəli adlandırıb.

Bizimyol.info xəbər verir ki, Poroşenko növbəti dəfə Putin haqda pis düşündüyünü göstərib.

Keçmiş prezident yazıb: “Təəssüf ki, indiki hakimiyyət virusologiyaya yüklənib və ənənəvi olaraq Putinin hücumlarınnın üzərindən sükutla keçir. Halbuki Putin koronavirusdan da təhlükəlidir”.

Poroşenko Putini Ukraynanın çox təhlükəli düşməni adlandırıb. Onun fikrincə, Rusiya dövlət başçısı ukraynalıların təkcə torpağını yox, ruhunu da ələ keçirmək istəyir: “Putin hesab edir ki, Ukrayan dili və milləti mövcud olmamalıdır”.

Putin bundan əvvəl ruslar və ukraynalıların eyni kökü olduğunu söyləmişdi.

Son xəbərlər
Bütün xəbərlər »