Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məzahir Pənahov Ülvi Həsənlini zaldan çıxartdırdı

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında 9 saylı Binəqədi seçki dairəsindən daxil olan şikayətə baxılıb.

Bu dairədən namizəd Ülvi Həsənli şikayətində həmin dairə üzrə səsvermə zamanı 18 məntəqədə pozuntular olduğunu bildirərək nəticələrin ləğv edilməsini istəyib.

Ülvi Həsənli Ülvi Həsənli

MSK üzvü İlkin Şahbazov bildirib ki, həmin şikayətlərlə bağlı araşdırma aparılır və müəyyən edilib ki, yalnız 20 saylı məntəqənin protokolunda pozuntu qeydə alınıb.

Ü.Həsənli deyib ki, 14 saylı məntəqədə isə əlbəyaxa dava düşüb və onu döyüblər.

MSK sədri Məzahir Pənahov deyib ki, həmin videoya baxıb: “Biz onları dindirdik, məntəqə sədri və üzvlər daş atıb başlarını tutdular ki, siz onlara hücum etmisiniz. Videoda onun davranışı görünür, məntəqə sədri özünü elə aparmamalıdır. Biz indi araşdırma aparırıq ki, həmin məntəqə sədrini cəzalandıraq. Siz isə cavansınız, əziyyət çəkirsiniz, amma MSK-nın qərar çıxara biləcəyi səviyyədə faktlar təqim edə bilmirsiniz. Heç yerdə də deməyin ki, Məzahir Pənahov deyib hər yerdə çəkiliş etmək olar. Çəkiliş tərəflərin razılığı ilə olmalıdır. Vətəndaş icazə vermirsə, onu çəkmək olmaz, bu, müzakirə olunmur”.

Bu zaman Ülvi Həsənli şikayətlərlə bağlı çıxışlarını davam etdirmək istəyib. M.Pənahov isə ona sözünü kəsməməsini, qulaq asmasını deyib. Daha sonra Ü.Həsənli MSK sədrinin tapşırığı ilə zaldan çıxarılıb.

Səsvermə nəticəsində həmin dairə üzrə 20 saylı məntəqənin nəticələri etibarsız hesab edilərək ləğv edilib. (Qafqazinfo.az)

Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Media Tramp və Putinin görüşü zamanı tərcüməçinin qeydlərinin hara getdiyini öyrənib
››› Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub - Video
››› İsraildə “Pfizer” vaksini vurulan 13 nəfər üz iflici olub
››› Navalnı Moskvada saxlanıldı
Son xəbərlər
Bütün xəbərlər »