Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirus planeti necə xilas edir...

Dünyada koronavirus kabusu yaşanır. Faciə Çin sərhədlərindən kənara sıçrayıb. Amma koronavirusun müəyyən mənada planeti xilas etməsini də danmaq olmaz.

Bizimyol.info xəbər verir ki, Çin koronavirusa qarşı mübarizə apararkən karbon qazı tullantılarını 4 dəfə azaldıb. Səbəb enerji istehlakının azalması və sənaye istehsalının yavaşlamısıdır.

İlin əvvəlindən bəri əsas qlobal hadisəyə çevrilən koronavirus epidemiyası iki mindən çox insanın ölümünə, böyük iqtisadi ziyana və Çinin nəqliyyat təcridinə səbəb oldu. Lakin virusun ortaya çıxması planetin ekologiyası baxımından gözlənilməz və təəccüblü dərəcədə müsbət nəticələrə gətirib çıxarır. Məlum olub ki, Çində elektrik istehlakının və sənaye istehsalının azalması karbohidrogen yanacağının yanması dərəcəsinin aşağı düşməsinə şərait yaradıb. Nəticədə atmosferə zərərli tullantılar da az göndərilir.

Finlandiyanın havanın çirklənməsinə diqqət yetirən müstəqil təşkilat Enerji və Təmiz Hava Araşdırmaları Mərkəzinin mütəxəssisi Lauri Millivirtanın bir araşdırması maraq doğurur. Tədqiqat Çində koronavirusun yayılması fonunda düşən bir neçə iqtisadi göstəricini təhlil edir. Beləliklə, ölkənin elektrik stansiyalarında kömür yanması dörd illik ən aşağı səviyyədədir. Bundan başqa, Şandonq əyalətindəki fabriklərdə neft emalı 2015-ci ildən bəri minimum səviyyəyə düşüb. Daxili hava nəqliyyatı həcmi də 70 faiz azalıb.

Ümumiyyətlə, epidemiyanın fəsadları ilə mübarizə tədbirləri Çin sənayesinin əsas sektorlarında 15-40 faiz azalmaya səbəb olub. Nə qədər ziddiyyətli səslənsə də, koronavirusun planetə faydası dəyir.

Son xəbərlər
Bütün xəbərlər »